Voleybol millimiz Macarıstanda Niderland millisinə qarşı

    İDMAN

    02 Avqust 2021 | 12:07

    Avropa çempionatının final mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq turnirdə gücünü yoxlayacaq. 

    Pressa xəbər verir ki, Yunanıstanda təlim-məşq toplanışını başa vuran yığmamız “Savaria” adlı yarışın oyunlarını iki gün əvvəl yollandığı Macarıstanda keçirəcək. 

    Turnirdə Vüqar Əliyevin baş məşqçisi olduğu komandamızla yanaşı, ev sahibləri, Niderland və Çexiya milliləri mübarizə aparacaq. Dairəvi sistemlə təşkil olunacaq yarış avqustun 5-7-də olacaq. İlk gündə Macarıstanla qüvvəsini sınayacaq voleybolçularımız ertəsi gün Niderlandı sınağa çəkəcək. Avqustun 7-də isə rəqib Çexiya olacaq.

    Qeyd edək ki, Yunanıstanda yerli yığma ilə üç görüş keçirən komandamız yalnız bir qarşılaşmada qələbəyə sevinib.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024