Vilayət Eyvazov Pakistanın müdafiə istehsalı nazirini qəbul edib

    SİYASƏT

    01 Dekabr 2021 | 13:09

    Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov dekabrın 1-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının müdafiə istehsalatı naziri, Azərbaycan-Pakistan Birgə Komissiyasının həmsədri xanım Zobaida Cəlalı qəbul edib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonağı salamlayan nazir strateji müttəfiqlər olan iki dost dövlət arasında əlaqələrin zəngin tarixə və dərin köklərə malik olduğunu, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu münasibətlərin möhkəm təməllər üzərində qurulmasına hər zaman xüsusi önəm verdiklərini məmnunluqla qeyd edib.

    General-polkovnik Vilayət Eyvazov qonağa ölkəmizdəki mövcud kriminogen durum, həyata keçirilən islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə edilən nəticələr barədə qısa məlumat verib.

    Səmimi qəbula, ətraflı məlumata görə təşəkkür edən xanım Zobaida Cəlal dövlətlərimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin həqiqətən dərin köklərə malik olduğunu önə çəkərək xüsusilə son illər ərzində bütün sahələrdə əlaqələrin daha sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlik və əmin-amanlıqdan məmnunluğunu bildirib.

    Səmimilik və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024