Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu məlum olub

    ÖLKƏ

    03 Iyun 2021 | 03:51

    Ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər Verdiyev Eldəniz Rabil oğlunun nəşi tapılıb.

    Pressa-nın məlumatına görə, Kəlbəcər rayonunun Seyidlər kənd sakini, 1999-cu il təvəllüdlü E.Verdiyevin nəşi Murovdağ ərazisində tapılıb.

    Onun ailəsi Göygöl rayonunda yaşadığından şəhid Göygöl rayon Şəhidlər Xiyabanında dəfn olunacaq.

    Qeyd edək ki, E.Verdiyev müharibənin ilk günündə itkin düşmüşdü.

    Allah rəhmət eləsin



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024