Vətən müharibəsi şəhidlərinin ailələri və əlillərlə bağlı təklif olunan vergi güzəşti 2 dəfə artırılır

    ÖLKƏ

    24 Noyabr 2021 | 11:40

    Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və əlillər üçün yeni vergi güzəşti müəyyənləşir.

    Pressa-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
    Layihəyə əsasən, Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20 000 manatadək olan hissəsinin gəlir vergisindən azad olunması nəzərdə tutulur.
    Qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.
    Qeyd edək ki, birinci oxunuşda layihədə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 10 000 manatadək olan hissəsinin gəlir vergisindən azad olunması nəzərdə tutulmuşdu.



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024