Velosiped idmanı üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

    İDMAN

    02 Dekabr 2021 | 13:49

    Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyevin əmri ilə şose velosipedi üzrə yığma komandaya yeni baş məşqçi təyin edilib.

    AVİF-in mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, milli Əməkdar məşqçi Asif Həsənova həvalə edilib.

      Bunadək “Neftçi İdman Klubu” İctimai Birliyinin velosiped bölməsinin məşqçisi olan mütəxəssisi məşqçilər korpusuna AzVİF-in baş katibi Fərhad Əliyev təqdim edib və federasiya prezidentinin məşqçilər korpusu qarşısında qoyduğu əsas hədəfləri onların diqqətinə çatdırıb.

      Göstərilən yüksək etimada görə federasiya rəhbərliyinə təşəkkürünü bildirən Asif Həsənov qarşıya qoyulan məqsədlərə çatmaq üçün məşqçilər korpusu ilə birgə bütün qüvvə və bacarığını səfərbər edəcəyini deyib.

      Qeyd edək ki, Həsənov Əbülfəz Məmmədovun vəfatından sonra boş qalan postu tutub.



      XƏBƏR LENTİ

      27 Mart 2024
      26 Mart 2024
      25 Mart 2024
      23 Mart 2024
      22 Mart 2024
      21 Mart 2024
      20 Mart 2024
      19 Mart 2024