Vatsapda yeni funksiya yaradılacaq

    ÖLKƏ

    07 Iyun 2021 | 23:23

    "Android" əməliyyat sistemində çalışan mobil telefonların istifadəçiləri vatsapda öz hesablarına "fləş zəng"in köməyi ilə daxil olmaq imkanı qazanacaqlar.

    Pressa “Report”a istinadən xəbər verir ki, bu barədə "Webetainfo" portalı bildirib.

    Hazırda messencerdə hesaba giriş üçün SMS parollardan istifadə olunur - smartfona birdəfəlik kod gəlir.

    Telefonda yeni funksiyanın yaradılmasından sonra vatsapda yeni zəng yaradılacaq, həm də ona cavab vermək lazım olmayacaq – yeni əlavə bunu sərbəst şəkildə edəcək. Bunun üçün o çağırışların tarixinə girişi tələb edəcək.

    Qeyd edilir ki, yenilik “iOS” sistemində əlçatan olmayacaq, çünki proqramın bu əməliyyat sistemində zənglərin siyahısına giriş əldə etmək mümkün deyil.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024