Varan Danimarka ilə oyuna hazırdır

    İDMAN

    26 Noyabr 2022 | 14:53

    Fransa millisinin müdafiəçisi Rafael Varanın durumuna aydınlıq gəlib.

    Pressa-nın məlumatına görə, ulduz futbolçu Qətərdə keçirilən dünya çempionatının II turunda komandasına kömək edə biləcək.

    Avstraliya ilə birinci turun oyununu buraxan 29 yaşlı mərkəz müdafiəçisinin bu gün Danimarka ilə görüşdə ilk dəqiqələrdən meydana çıxması gözlənilir. Matçda müdafiənin sağ cinahında isə Jül Kundeyə şans verilməsi planlaşdırılır.

    Qeyd edək ki, Fransa-Danimarka oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024