Valyuta hərracında bankların dollar tələbi 100 mln. dolları üstələyib

    İQTİSADİYYAT

    22 Fevral 2024 | 12:56

    22 fevral 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

    Pressa AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 108.1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

      Qeyd edək ki, bu göstərici ötən hərracdan 5.4% çoxdur. Belə ki, 20 fevralda keçirilən valyuta hərracında banklar 102.6 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

      Xatırladaq ki, cari ilin fevral ayında keçirilən son dörd hərracda dollara tələb 100 milyondan çox olub.

       



      XƏBƏR LENTİ

      20 Aprel 2024
      19 Aprel 2024
      18 Aprel 2024
      17 Aprel 2024
      16 Aprel 2024
      15 Aprel 2024
      14 Aprel 2024
      13 Aprel 2024
      12 Aprel 2024
      11 Aprel 2024
      10 Aprel 2024
      09 Aprel 2024