Vaksinasiya haqqında təbliğat kampaniyası davam edir

    ÖLKƏ

    08 Iyun 2021 | 12:59

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün təbliğat kampaniyası həyata keçirir. Qurumların əsas məqsədi insanların diqqətini vacib olan məsələyə - vaksinasiyaya yönəltməkdir. 

    Kampaniya üçün nəzərdə tutulan video və audioçarxlar, çöl reklamları və çap materiallarında COVID-19 pandemiyasından öncə yaşadığımız həyatın geri qayıtması üçün edə biləcəyimiz ən vacib işlərdən birinin vaksinasiya olduğu qeyd edilir.

    Kampaniya çərçivəsində işıq üzü görən növbəti videoçarx gənclərin gündəlik və əyləncə həyatları ilə bağlıdır. Uzun müddətdir ki, gənclər oxuduqları təhsil ocaqlarına gedə bilmir, dostları ilə görüşmür və əylənmirdilər. Bu videoçarxa baxdıqda onların həyatında da çox şeyin dəyişdiyini aydın görmək mümkündür.  

    Əsas mesaj isə ondan ibarətdir ki, nə qədər çox insan peyvənd olunsa, biz öncəki - darıxdığımız həyata bir o qədər də tez qayıda bilərik. Təbliğat kampaniyasının şüarı da bu düşüncələri tamamlayır: Peyvənd olunaq - darıxdığımız həyatı qaytaraq.

    Kampaniyanın kommunikasiya strategiyası “Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılıb.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024