Üzümçülük və Şərabçılıq İnstitutunun əməkdaşı atletika yarışında birinci olub

    İDMAN

    31 Mart 2024 | 09:04

    Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Məcnunlu Ümidə Xosrov qızı Martın 30-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında atletika yarışında iştirak edib.

    Pressa xəbər verir ki, respublika Olimpiya Mərkəzində təşkil olunan yarışın yekun nəticələrinə görə qadınlar arasında uzunluğa tullanmada Ümidə Məcmunlu birinci olub. Gənclər və İdman Nazirliyinin əməkdaşları Aysu Kərimzadə və Fəzilə Ağayeva isə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər. Kişilər arasında Yevgeniy Kasilov (Fövqəladə Hallar Nazirliyi), Ümmət Cəfərov və Elvin Əlixanov (hər ikisi Ədliyyə Nazirliyi) ilk üçlükdə qərarlaşıblar.

    Qadınlar arasında 60 metr məsafəyə qaçışda İlahə Çələbiyeva (GİN) birinci yerə layiq görülüb. Ümidə Məcmunlu (Kənd Təsərrüfatı Nazirliyi) ikinci, Ləman Niyazlı isə (SOCAR) üçüncü pillədə qərarlaşıblar. Kişilər arasında Elvin Əlixanov (Ədliyyə Nazirliyi), Yevgeniy Kasilov (Fövqəladə Hallar Nazirliyi), Ümmət Cəfərov (Ədliyyə Nazirliyi) fərqləniblər.

    Qadınlar arasında 400 metr məsafəyə qaçışda İlahə Çələbiyeva, Fəzilə Ağayeva, Aysu Kərimzadə (hər üçü GİN) ilk üçlükdə qərarlaşıblar.

    Kişilər arasında 800 metr məsafəyə qaçışda Dövlət Gömrük Komitəsinin əməkdaşı Samir Hüseynov birinci olub. Cəlal Süleymanov və Əli Hacıyev (hər ikisi FHN) yarışı ikinci və üçüncü pillədə başa vurublar.

    Sonda keçirilən 4x200 estafet yarışında Gənclər və İdman Nazirliyi birinci, SOCAR ikinci yerə layiq görülüblər.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024