Üzümçülük və Şərabçılıq ETİ beynəlxalq əlaqələri genişləndirir

    ÖLKƏ

    23 Fevral 2024 | 12:29

    Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları və Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), İNPRO, WHYBIZ şirkətləri ilə Şamaxı Üzüm Tinglik Mərkəzində “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq” çərçivəsində görüş baş tutub. 

    Pressa xəbər verir ki, görüşdə ağıllı üzüm bağlarının salınmasında aparıcı rol oynayan müasir avadanlıqlardan istifadə imkanları müzakirə olunub. 

    İnstitutunun direktoru Vüqar Səlimov bildirib ki, müasir dövrdə bütün sahələrdə olduğu kimi kənd təsərrüfatının da inkişafında yeni texnologiyaların, innovasiyaların tətbiqi vacib və əhəmiyyətlidir.

    Daha sonra çıxış edən Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) Bakı nümayəndəsi, İNPRO, WHYBIZ şirkətlərinin rəhbərləri əməkdaşlıqdan məmnunluqlarını bildiriblər. 

    Görüşdə layihələrin həmçinin respublika ərazisində digər regionlarda da həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.

    Növbəti aylarda Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) ilə müxtəlif layihələrin həyata keçirilməsi məqsədilə mütəmadi görüşlər nəzərdə tutulub.

    Sonda Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi arasında əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb.



    XƏBƏR LENTİ

    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024