ÜST üçüncü dozanın kimlərə vurulmasının tövsiyə olunduğunu açıqlayıb

    ÖLKƏ

    16 Sentyabr 2021 | 14:01

    “Artıq ortaya çıxıb ki, vaksinlərin qoruyuculuğu bir müddət sonra azalmağa başlayır. Bunu artıq görürük”.

    Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

    “Üçüncü doza növbəti ildən hamıya tətbiq edilə bilərmi” sualına cavab verən ÜST nümayəndəsi bildirib ki, üçüncü doza məsələsinin elmi olaraq vacibliyi ortaya çıxır. Onun sözlərinə görə, hələ səhiyyə işçilərini peyvəndləməmiş ölkələr var: “O ölkələr bu vəziyyətdəykən ehtiyacı olmayanlara, risk qrupunda olmayanlara üçüncü dozanın vurlmasını etik olaraq da doğru saymırıq. Bizim direktorumuz da üçüncü dozanın sadəcə ehtiyacı olanlara, yaşı 65-dən çox olanlara, səhiyyə işçilərinə vurulmasını tövsiyə edir”.

    H. Harmancı hələ peyvənd ala bilməyən ölkələrdəki insanların, xüsusilə səhiyyə işçiləri və yaşı 65-dən yuxarı olanların vaksinlənməsini daha vacib hesab edir.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024