Uşakov: “Putin-Bayden görüşündə NATO-nun şərqə doğru irəliləməsi müzakirə olunacaq”

    DÜNYA

    03 Dekabr 2021 | 17:23

    Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında danışıqlar Rusiya liderinin Hindistana səfərindən sonra keçiriləcək.

    Pressa-nın məlumatına görə, bu barədə Rusiya Federasiyası Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

    Rusiya dövlət başçısının dekabrın 6-da Hindistana səfərindən sonra Putin və Bayden arasında videokonfransın baş tutub-tutmayacağı ilə bağlı sualı cavablandıran Uşakov jurnalistlərə: "Bəli, sonra. Hindistandan sonra... Belə bir imkan üzərində iş gedir", - deyə cavab verib.

    Uşakov Putin-Bayden görüşündə NATO-nun şərqə doğru daha da irəliləməsi, habelə Rusiya ilə sərhəd olan ölkələrdə raket sistemlərinin yerləşdirilməsini istisna edən hüquqi razılaşmaların əldə edilməsi məsələlərinə toxunula bilər.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024