Ülviyyə Heydərovanın pyesi birinci oldu

    MƏDƏNİYYƏT

    30 Noyabr 2023 | 10:38

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş pyes müsabiqəsinə 21 iştirakçı müraciət edib. Müsabiqəyə göndərilən əsərlər münsiflər heyəti tərəfindən dəyərləndirilib.

    Pressa xəbər verir ki, təqdim edilən pyeslərindən Ülviyyə Heydərova "Torpaqlar" pyesi ilə birinci yerə, Niyaz Qasımov "Pənahəli xan" pyesi ilə həvəsləndirici mükafata layiq görülüb.

    Müsabiqənin münsiflər heyəti Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə, Əməkdar incəsənət xadimi, yazıçı, ssenarist və dramaturq Əli Əmirli, teatr və kino tənqidçisi Aliyə Dadaşova və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, ədəbiyyatşünas Elnarə Akimovadan ibarət olub.



    XƏBƏR LENTİ

    28 Fevral 2024
    27 Fevral 2024
    26 Fevral 2024
    24 Fevral 2024
    23 Fevral 2024
    22 Fevral 2024
    21 Fevral 2024
    20 Fevral 2024