Ukraynanın Çexiyadakı konsulluğuna şübhəli bağlama göndərilib, bina boşaldılıb

    DÜNYA

    02 Dekabr 2022 | 16:39

    Ukraynanın Çexiyanın Brno şəhərindəki konsulluğuna şübhəli bağlama göndərilib və bu səbəbdən də konsulluğun əməkdaşları təcili təxliyə olunub.

    Pressa “novinky.cz”yə istinadən xəbər verir ki, bunu yerli polis idarəsindən bildiriblər.

    Əlavə olunub ki, Brno şəhərindəki konsulluqdan 6 nəfər təxliyə olunub, bina, ətrafı və yaxınlıqdakı uşaq bağçası boşaldılıb.

    Xatırladaq ki, noyabrın 30-da Ukraynanın Madriddəki səfirliyində partlayış baş verib, nəticədə təhlükəsizlik əməkdaşı yüngül xəsarət alıb. Partlayıcı qurğu Ukraynanın İspaniyadakı səfiri Sergey Poqoreltsevə ünvanlanmış məktubda olub.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024