Ukraynada iki gündür koronavirusa yoluxmada rekord qeydə alınır

    DÜNYA

    22 Oktyabr 2021 | 11:33

    Ukraynada ötən 24 saat ərzində koronavirusa 23 785 nəfər yoluxub və bu xəstəlikdən 614 nəfər ölüb.

    Pressa xarici KİV-ə istinadən xəbər verir ki, hər iki göstəricidə pandemiya dövründə ən yüksək rəqəmlər qeydə alınıb.

    Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxanların sayı ötən günə nisbətən 6 faiz çoxdur. Həmçinin rekord həddə, yəni 270 minədək vətəndaş peyvənd olunub.

    Bütövlükdə pandemiya dövründə Ukraynada 2,7 milyon nəfər yoluxub, bunlardan 63003 nəfər dünyasını dəyişib. İndiyədək 6,8 milyondan çox vətəndaş koronavirusa qarşı iki doza ilə peyvənd olunub.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024