Ukraynada DİN və Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin edilib

    DÜNYA

    07 Fevral 2023 | 14:06

    Ukraynada yeni daxili işlər naziri və Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilib.

    Pressa Ukrayna Ali Radasına istinadən xəbər verir ki, Vasili Malyuk Ukrayna Təhlükəsizlik Xidmətinə (UTX) yeni rəhbər təyin edilib.

    Digər qərarla isə İqor Klimenko daxili işlər naziri təyin olunub.

    Qeyd edək ki, Vasili Malyuk 2022-ci ilin iyulundan etibarən indiyə qədər UTX rəhbərinin vəzifəsini icra edib və avqust ayından Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür.

    İqor Klimenko isə 2019-cu ildən Ukrayna milli polisinin rəhbəri və daxili işlər nazirinin müavini olub.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024