Ukrayna Prezident Ofisi: "Dayanmağı planlaşdırmırıq"

    SON XƏBƏRLƏR

    03 Dekabr 2022 | 12:54

    “Biz dayanmağı planlaşdırmırıq. Ukraynanın bütün ərazilərini işğaldan azad etmək üçün mübarizəmizi davam etdirəcəyik”.

    Pressa Ukrayna Prezident Ofisinin saytına istinadən xəbər verir ki, bunu Ofisin rəhbəri Andrey Yermak Avropa Parlamentinin deputatları ilə görüşündə deyib.

    O, həmçinin bildirib ki, Ukraynanın kritik infrastuktur obyektləri raket və dronlarla kütləvi atəşə tutulur.

    Yermak deyib ki, Ukrayna Avropa İttifaqına üzvlük üçün Avropa Komissiyasının tövsiyələrini bu ilin sonuna kimi həyata keçirməyi qarşısına məqsəd qoyub:

    “Biz vaxt itirməməyə çalışırıq".

    Yermak dəstəyə görə Avropa Parlamentinin deputatlarına təşəkkür edib.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024