Ukrayna, Polşa və Litva Baş nazirləri Kiyevə yardımın artırılması üzrı müqavilə imzalayıb

    DÜNYA

    26 Noyabr 2022 | 15:03

    Ukrayna, Polşa və Litva Baş nazirləri rəsmi Kiyevə yardımın artırılması barədə müqavilə imzalayıblar.

    Pressa xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal “Twitter“də bildirib.

    “Lüblin üçbucağı” formatında baş tutan görüş zamanı Ukraynaya hərbi və maliyyə yardımının həcminin artırılması barədə razılığa gəlinib, həmçinin Ukraynanın NATO-ya və Avropa İttifaqına (Aİ) üzvlük məsələlərinin müzakirəsinin daha da aktivləşdirilməsi mövzusunda müzakirələr aparılıb.

    Xatırladaq ki, “Lüblin üçbucağı” alyansında Litva, Polşa və Ukrayna birlikdə iştirak edir. Bu alyans 2020-ci ildə Lüblin şəhərində bu üç ölkənin XİN rəhbərlərinin qarşılıqlı əməldaşlığın inkişaf etdirilməsi proqramı çərçivəsində keçirilən görüş zamanı təsis edilib.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024