UEFA "Qarabağ"la oyunda "Olimpiakos"a azarkeşlərlə bağlı məhdudiyyət qoyub

    İDMAN

    29 Sentyabr 2022 | 09:41

    UEFA "Qarabağ"a qarşı Avropa Liqasının qrup mərhələsinin III tur oyununda Yunanıstanın "Olimpiakos" komandasına azarkeşlərlə bağlı məhdudiyyət qoyub.

    Pressa Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna fanatların Almaniya "Frayburq"una 0:3 hesabı ilə uduzduqları II tur matçında pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.

    Pirey təmsilçisi bunun üçün 50 min avro məbləğində cərimələnib. UEFA-nın qərarına əsasən, "köhlən atlar"la görüşdə şimal tribunasına azarkeş buraxılmayacaq.

    Bundan əlavə, "Olimpiakos" Frayburq"la qarşılaşmada ictimai keçidləri bağladığına görə daha 8 min avro ödəməli olacaq.

    Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024