Tütün məmulatları istehsalçılarının dövlət rüsumundan azad ediləcəyi hallar müəyyənləşir

    ÖLKƏ

    05 Dekabr 2022 | 16:03

    Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

    Pressa xəbər verir ki, qanuna əsasən, aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri dəyişir.

    Qanuna əsasən, tütün məmulatlarının istehsalçıları və idxalçıları Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyinin informasiya sisteminə qoşulma barədə Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyinin göndərdiyi bildirişi aldıqları tarixdən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə bu Qanunun 20-3.2.1-ci maddəsində nəzərdə tutulan (aksizli mallara məcburi nişanlamanın verilməsinə görə -0,07) dövlət rüsumunu ödəməkdən azaddırlar.

    Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi nəzərdə tutulan müddəti hər dəfə bir aydan çox olmamaq şərtilə 5 dəfə uzada bilər.

     



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024