Türkiyənin zəlzələ bölgəsində dənizin səviyyəsi qalxıb, küçələri su basıb

    DÜNYA

    07 Fevral 2023 | 17:19

    Türkiyənin Hatay vilayətinin İskəndərun şəhərində zəlzələdən sonra dənizin səviyyəsi qalxıb.

    Pressa xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

    Bildirilib ki, zəlzələlərdən sonra İskəndərunun bəzi küçələri su altında qalıb və bu səbəbdən də bölgədə nəqliyyat sıxlığı meydana gəlib. Yol polisi nəqliyyat vasitələrini alternativ yollara yönəldir.

    Qeyd olunub ki, yalnız yollar su altında qalıb, evləri su basması barədə məlumat yoxdur.

     



    XƏBƏR LENTİ

    20 Mart 2023
    18 Mart 2023
    17 Mart 2023
    16 Mart 2023
    15 Mart 2023