Türkiyənin qazma gəmisi avqustun 9-da Mersin limanından yola düşəcək

    DÜNYA

    03 Avqust 2022 | 14:25

    Türkiyənin “Abdülhamid Han” adlı dördüncü qazma gəmisi avqustun 9-da Aralıq dənizi sahilindəki Mersin limanından yola düşəcək.

    Pressa “Anadolu”ya istinadən xəbər verir ki, gəminin Türkiyə sularında ilk missiyası üçün hazırlıqlar təxminən 2,5 ay davam edib.
    “Abdülhamid Han” mayın 19-dan Cənubi Koreyanın Okpo limanından gələndən bəri Türkiyənin cənub sahillərindədir.Türkiyənin ehtiyacları üçün kəşfiyyat və qazma işləri indiyədək üç gəmi tərəfindən həyata keçirilib: “Fatih”, “Kanuni” və “Yavuz”. Yeddinci nəsil qazma gəmisi “Abdülhamid Han” 238 m uzunluğunda və 42 m enindədir. 200 nəfərdən ibarət komanda 12 200 m-ə qədər dərinlikdə qazma işləri apara bilər.

    Dünyada bu sinifdən cəmi 4-5 qazma gəmisi var və onlardan biri Türkiyənin sərəncamındadır.



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024