Türkiyənin müdafiə naziri NATO müttəfiqlərinə xəbərdarlıq edib

    DÜNYA

    01 Dekabr 2022 | 17:29

    Türkiyə NATO müttəfiqlərinə xəbərdarlıq edib.

    Pressa-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

    O qeyd edib ki, müttəfiq ölkələri terrorçulara onların terrorçu olduqları bəlli olmasın deyə öz bayraq və uniformalarını verir.

    Bundan əlavə, nazir müttəfiqləri olduqları bölgələrdən terrorçuları uzaqlaşdırmağa və onlarla bütün əlaqələri kəsməyə çağırıb.

    Akar ABŞ-ın Türkiyənin Suriyanın şimalında həyata keçirə biləcəyi quru əməliyyatını yenidən nəzərdən keçirməyə çağırdığını deyib.

    “Həssaslığımızı izah etdik, verilən vədlərin tutulmasını istədik", - o ABŞ-ın müraciətinə cavab verdiklərini diqqətə çatdırıb.

     



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024