Türkiyədəki yarış ləğv olunduğu üçün Azərbaycan idmançıları Bakıya qayıdacaqlar

    SON XƏBƏRLƏR

    07 Fevral 2023 | 11:29

    Türkiyənin İstanbul şəhərində olan Azərbaycan millisinin taekvondoçuları yaxın zamanda Bakıya qayıdacaqlar.

    Bu barədə  Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, idmançılar açıq Türkiyə çempionatı ləğv edildiyi üçün geri dönəcəklər.

    Qeyd edək ki, Azərbaycan yığması fevralın 4-də start götürən Prezident Kubokunda mübarizə aparıb, 58 kq çəki dərəcəsindəki Qaşım Maqomedov qızıl medal qazanıb.

    Güclü zəlzələ səbəbindən yarış yarımçıq dayandırılıb. Komanda 10-14 fevralda açıq ölkə çempionatında çıxış etməli idi.

    Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar bütün daxili idman tədbirləri təxirə salınıb.



    XƏBƏR LENTİ

    20 Mart 2023
    18 Mart 2023
    17 Mart 2023
    16 Mart 2023
    15 Mart 2023