Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.
Pressa xəbər verir ki, son məlumatda yeraltı təkanlar nəticəsində ölənlərin sayının 1 014-ə yüksəldiyi, 7 003 nəfərin yaralandığı açıqlanıb.Dağıntılar altından 2 470 nəfər xilas edilib, 2 824 bina dağılıb.
Zəlzələlərdən sonra bölgədə sunami təhlükəsinin olmadığı qeyd olunub.