Türkiyədə silahlı hücum zamanı 5 nəfər yaralanıb

    DÜNYA

    23 Oktyabr 2021 | 09:08

    Türkiyədə silahlı insident olub.

    Pressa bu barədə “Habertürk”ə istinadən xəbər verir.

    Qeyd edilir ki, hadisə İstanbulda qeydə alınıb. Bəyoğlu rayonunda restorana avtomobillə gələn silahlı şəxs və ya şəxslərin açdığı atəş nəticəsində 5 nəfər yaralanıb. Hadisəni törədən şəxs (və ya şəxslər-red) ərazidən uzaqlaşıb.

    Əraziyə polis əməkdaşları və təcili yardım cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

    Hadisə ilə bağlı araşdırmalara başlanılıb.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024