Türkiyədə seçkilərdə səslərin 99 faizi hesablanıb

    DÜNYA

    01 Aprel 2024 | 07:11

    Türkiyədə keçirilən bələdiyyə seçkilərində verilən səslərin 99 faizindən çoxu hesablanıb.

    Pressa "AA"-ya istinadən xəbər verir ki, seçkilərin hazırkı nəticələrinə görə, böyükşəhər bələdiyyələrindən 14-də CHP, 12-də AKP, 3-də DEM Partiya, 1-də isə Yenidən Rifah partiyası irəlidədir.

      Ölkə üzrə lider Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71% səs toplayıb.

      Hakim Ədalət və İnkişaf Partiyası isə 35,53% səslə ikinci sıradadır.

      Səslərin 6,38%-ni Yeniden Refah, 5,65%-ni DEM Partiyası, 4,98%-ni isə MHP toplayıb.

      Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 60,29% səslə birinci, AK Partidən olan Turqut Altınok isə 31,74% səslə ikinci yerdədir.

      İstanbulda CHP-dən Əkrəm İmamoğlu 51,05% səslə birinci, AK Partidən Murat Kurum 39,60%-lə ikincidir.

      İzmirdə CHP 48,88%, AKP isə 37,11 faiz səs toplayıb.

      Qaziantepdə AK Parti 38,80%-lə liderdir, CHP 28,11 faiz səslə ikincidir.

      AKP Konyada 49,43% səslə birinci yerdədir, burada 23,29% səslə Yeniden Refah partiyası ikincidir.

      Qeyd edək ki, Türkiyənin Ali Seçki Komissiyası seçkilərin yekun nəticələrini bu gün elan edəcəyini açıqlayıb.

       



      XƏBƏR LENTİ

      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024
      19 Aprel 2024
      18 Aprel 2024