Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı seçki kampaniyası başlayıb

    DÜNYA

    18 Mart 2023 | 10:10

    Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı seçki kampaniyası şənbə günü başlayır, "sükut günü" elan edilən mayın 13-dək davam edəcək. Səsvermənin özü mayın 14-də, lazım gələrsə, prezident seçkilərinin ikinci turu isə mayın 28-də keçirilə bilər.

     

      Bu barədə Pressa TRT telekanalına istinadən xəbər verir.

       

      “Seçki Təqvimi” bu həftə Türkiyə Ali Seçki Şurası tərəfindən təsdiq edilib. MSK-nın qərarına əsasən, prezidentliyə namizədlərin irəli sürülməsi martın 19-da başlanacaq və martın 23-də yerli vaxtla saat 17:00-da başa çatacaq, namizədlərin siyahısı martın 31-də “Rəsmi Qəzet”də dərc olunacaq. Bundan sonra namizədlərin siyahısı açıqlanacaq. Ardınca, təşviqat kampaniyası başlaya bilər.

       

      Seçkilərdə iştirak edəcək siyasi partiyalar və ya birliklər martın 24-də günün sonuna qədər öz namizədlərinin siyahılarını MSK-ya təqdim etməlidirlər.

       

       



      XƏBƏR LENTİ

      03 Iyun 2023
      02 Iyun 2023
      01 Iyun 2023
      31 May 2023
      30 May 2023