Türkiyədə lirənin ucuzlaşması yanacağın 10% bahalaşmasına səbəb ola bilər

    İQTİSADİYYAT

    24 Noyabr 2021 | 16:37

    Türkiyə lirəsinin məzənnəsinin kəskin aşağı düşməsi ilə əlaqədar ölkədə noyabrın 25-dən etibarən avtomobil benzininin və dizelin qiymətində artımlar tətbiq oluna bilər.

    Pressa-nın xəbərinə görə, bu barədə "Bloomberg" etibarlı mənbələrə istinadən yazır.

    Qeyd olunur ki, lirənin zəifləməsi nəticəsində 1 litr benzinin qiyməti 1,01 lirə (0,07 dollar) artaraq 9,66 lirəyə (0,74 dollar), 1 litr dizel yanacağının qiyməti isə 1,05 lirə (0,08 dollar) artaraq 9,77 lirə 0,75 dollar təşkil edəcəyi gözlənilir.

    Qeyd edək ki, ilin əvvəlindən lirə dollara qarşı 70% ucuzlaşıb.

    Xatırladaq ki, Türkiyə lirəsi Azərbaycan manatına qarşı rəsmi məzənnəsi bu gün daha 10,4% azalaraq 0,1334 manata enib. Lirənin manata qarşı məzənnəsi son bir ayda 24,7%, ilin əvvəlindən isə 41,8% azalıb. Hazırda 1 manat 7,496 lirəyə bərabərdir.



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024