Türkiyədə 30 dərəcə şaxta qeydə alınıb

    DÜNYA

    25 Yanvar 2022 | 15:23

    Türkiyənin Sivas vilayətində günün ən aşağı temperaturu qeydə alınıb.

    Pressa xəbər verir ki, bu barədə məlumat Türkiyə Dövlət Meteorologiya İdarəsinin rəsmi saytında qeyd olunub.

    Məlumata əsasən, bu günün ən aşağı temperaturu, - 30,9 dərəcə şaxta, Sivas vilayətinin Göbekören kəndində qeydə alınıb.

    Bundan əlavə, ikinci ən aşağı temperaturu, - 29,6 dərəcə şaxta, isə Bolu vilayətinin Samat kəndində müşahidə olunub.

    2022-ci ildə ən aşağı temperatur isə Vanın Çaldıran rayonu ərazisində qeydə alınıb. Yanvarın 22-də burda -33,5, dünən isə - 27,1 dərəcə şaxta qeydə alınıb.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024