Türkiyə Şimali Kiprdə yeni Prezident Kompleksi və parlament binası inşa edəcək

    DÜNYA

    19 Iyul 2021 | 19:23

    Türkiyə Şimali Kirp üçün yeni Prezident Kompleksi və parlament binası inşa edəcək.

    Pressa xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprə səfəri çərçivəsində Respublika Məclisində çıxışı zamanı deyib :

    "Şimali Kipr üçün yeni Prezident Kompleksi və parlament binasının layihəsi artıq hazırdır. İnşallah, yaxın zamanda inşasına başlayacağıq" - o, əlavə edib.

    Qeyd edək ki,Türkiyə Prezidenti Ərdoğanın Şimali Kipr ziyarəti bu gün yerli vaxtla 15:40-da başlayıb.

    Xatırladaq ki,bu gün Şimali Kipr tarixi dönüm nöqtəsi olan "Kipr Sülh Hərəkatı"nın 47-ci ildönümüdür.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024