Türkiyə Ombudsmanı: “Ermənistan mütləq cəzalandırılmalıdır”

    ÖLKƏ

    15 Sentyabr 2021 | 11:18

    “Azərbaycana səfərimizin məqsədi azad olunmuş ərazilərdə mədəni abidələrin durumunun araşdırılması, həmin ərazilərdəki minalarla bağlı vəziyyəti öyrənməkdir”.

    Pressa-nın xəbərinə görə, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, keçən il müharibə vaxtı Azərbaycana səfər zamanı Gəncə, Ağdam, Mingəçevir və Tərtərdəki vəziyyətlə tanış oldub: “Ermənistandan atılan raketlər nəticəsində həyatını itirən azərbaycanlı qardaşlarımızın məzarlarını ziyarət edib, yaxınları ilə görüşdük. İƏT olaraq hesab da hazırladıq. Bu hesabatı Türkiyə və Azərbaycanda müvafiq qurumlara təqdim etdik. Həmçinin BMT-yə və Beynəlxalq İnsan Haqları Məhkəməsinə göndərdik”.

    O qeyd edib ki, müharibənin olmasını heç kim istəmir: “Amma dünya qurulandan bəri müharibələr olur. Müharibənin də öz qaydaları var. Heç vaxt müharibə zonasından kənarda raketlərlə şəhərlərin vurulmasından söhbət gedə bilməz. Bu müharibə və insanlıq əleyhinə cinayətdir. Bu cinayəti törədən Ermənistan rəsmiləri mütləq cəzalandırılmalıdır. Onlar bu əməllərinə görə cavab verməlidir ki, belə hadisələr təkrarlanmasın”.



    XƏBƏR LENTİ

    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024
    05 Aprel 2024
    04 Aprel 2024