Türkiyə nümayəndə heyəti EHİM-də

    ÖLKƏ

    10 Iyun 2021 | 17:48

    10 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədr müavini Yavuz Emir Beyribeyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

     Elektron Hökumətin İnkişafı Mərkəzində (EHİM) baş tutan görüşdə  Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” mərkəzlərinin və Elektron Hökumətin İnkişafı Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bundan başqa “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırıb.

    Görüşdə, həmçinin 25 fevral 2020-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində görülmüş işlər və həyata keçirilməsi planlaşdırılan layihələr ilə əlaqədar müzakirələr aparılıb.

    Qonaqlar  “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olublar.

    Sonda xatirə hədiyyələri təqdim olunub.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024