Türkiyə lirəsi ABŞ dollarına nisbətdə antirekordu yeniləyib

    İQTİSADİYYAT

    22 Oktyabr 2021 | 14:59

    Türkiyə Mərkəzi Bankının uçot dərəcəsinin aşağı salınması haqqında qərarından sonra Türkiyə lirəsi ABŞ dollarına nisbətdə tarixi minimumları yeniləməkdə davam edir.

    Pressa xəbər verir ki, cümə günü səhər lirənin ABŞ dollarına nisbətdə məzənnəsi 9,64-ə çatıb, Bakı vaxtı ilə saat 13.30-da isə 9,60 səviyyəsində möhkəmlənib.

    Qeyd eədk ki, lirənin məzənnəsinin rekord səviyyədə düşməsi fonunda Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 18%-dən 16%-ə endirib ki, nəticədə lirənin ucuzlaşması sürətlənib.

    Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Mərkəzi Bankın 3 yüksək vəzifəli məmuru, o cümlədən bank sədrinin 2 müavini – Semih Tümən və Uğur Namık Küçükün işdən azad edilməsi haqqında xəbərlər fonunda oktyabrın 14-də Türkiyə lirəsinin məzənnəsi ABŞ dollarına nisbətdə 9,18 səviyyəsinə düşüb.

    Həmin 3 məmurun uçot dərəcəsinin aşağı salınmasının əleyhinə səs verdiyi bildirilir.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024