Türkiyə Gürcüstan ordusuna texniki xidmət maşınları təhvil verib

    DÜNYA

    19 Iyul 2021 | 19:18

    Türkiyə hökuməti Gürcüstanın Müdafiə Qüvvələrinə 4 ədəd texniki xidmət maşını təqdim edib.

    Pressa-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

    Texnikanın tədarükü haqqında müqavilə ötən ilin oktyabrında imzalanıb. Maşınların ümumi dəyəri 866 400 ABŞ dolları təşkil edir.

    Nəqliyyat vasitələrinin rəsmi təhvil vermə mərasimində Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze, Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Giorgi Matiaşvili və Türkiyə səfiri Fatma Ceren Yazqan iştirak ediblər.



    XƏBƏR LENTİ

    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024
    05 Aprel 2024