Tunis Prezidenti Baş naziri istefaya göndərdi

    DÜNYA

    26 Iyul 2021 | 10:44

    Tunis Prezidenti Kais Said Baş nazir Hişam al-Meşişini vəzifəsindən azad edib.

    Pressa ölkənin yerli KİV-nə istinadən xəbər verir ki, dövlət başçısının bu qərarı açıqlamasından bir neçə saat sonra əraziyə hərbi texnika cəlb olunub.

    Bununla yanaşı, Kais Said parlamentin işini dondurub və deputatları toxunulmazlıqdan məhrum edib. 

    Binanın ətrafına toplaşan sakinlər hərbi texnikanı böyük coşqu və milli himni oxuyaraq qarşılayıblar.

    Lakin “An-Nahda” islam partiyasının nümayəndəsi və parlamentin spikeri Al-Qannuşi Prezidentin bu qərarlarını “çevriliş” adlandırıb.

    Həmçinin, “Tunisie Numerique” nəşrinin yaydığı məlumata görə, Prezident spiker və 64 digər millət vəkilinin ölkəni tərk etməsinə qadağa qoyub. Bu şəxslərə qarşı hazırda məhkəmələr davam edir. Ölkənin Baş naziri isə iqamətgahını tərk etdikdən sonra naməlum istiqamətdə aparılıb. 

    Qeyd edək ki, Tunisdə bazar günü hakimiyyət əleyhinə etiraz aksiyaları keçirilib. Prezident Kais Said bunun ardınca parlamentin işinin dondurulması barədə qərarını açıqlayıb. Tunislilər COVID-19 infeksiyasının yayılması ilə bağlı problemi Nazirlər Kabinetinin necə həll etməsindən narazıdırlar.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024