TÜİB sədri: Azərbaycan bayrağının orada görünməsi o insanlara ciddi təsəlli verir

    ÖLKƏ

    08 Fevral 2023 | 12:40

    Bu həqiqətən də fəlakətdir. Hazırda 50-ə yaxın qohumum dağıntılar altındadır.

    Pressa xəbər verir ki, bunu “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat “Qardaş Köməyi” platformasının təqdimatında çıxışı zamanı deyib.

    “On qohumum həyatını itirib. Hazırda 2 qohumumun da vəfat etdiyi ilə bağlı xəbər gəldi. Zəlzələ olan bölgə dünyanın bir neçə ölkəsindən böyükdür. Zəlzələ 13,5 milyon nəfərə birbaşa təsir edib. 3-4 milyon arası insan zəlzələ üzündən həmin əraziləri tərk edəcək, köç baş verəcək. Bu, fəlakətin sadəcə ilk günləridir. İnsanlar uzun müddət çadırlarda yaşamaq məcburiyyətində qalacaqlar. Türkiyənin kiçik bir şəhərində baş vermiş zəlzələnin nəticələri 5 ildən sonra ancaq aradan qaldırıla bildi. Çox uzunmüddətli yardıma ehtiyac olacaq. Azərbaycan bayrağının orada görünməsi o insanlara ciddi təsəlli verir. İnsan çətin günündə dostunu, qardaşını görmək istəyir. Adlarını çəkmək istəmədiyim dostlarımız artıq bir TIR-ı yola salıblar”, - deyə Hüseyin Büyükfırat əlavə edib.

     



    XƏBƏR LENTİ

    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024