Trinidad və Tobaqonun dövlət başçısı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

    ÖLKƏ

    01 Iyun 2021 | 20:58

    Trinidad və Tobaqo Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Paula-Mae Uiks Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

    Pressa-nın məlumatına görə, təbrikdə deyilir:

    "Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına Trinidad və Tobaqo Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

     

    Zati-aliləri, Sizə xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm”.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024