TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 7%-dək artıb

    SON XƏBƏRLƏR

    16 May 2022 | 13:13

    Bu ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 10858,3 min ton, yük dövriyyəsi isə 2 557,7 mln. ton-km olub.

    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,7% və 6,3% artım müşahidə olunub.Yüklərin 6115,1 min tonu və ya 56,3%-i avtomobil nəqliyyatı, 3 507 min tonu və ya 32,3%-i dəmir yolu nəqliyyatı, 1 236,2 min tonu və ya 11,4%-i dəniz nəqliyyatı ilə daşınıb.

    Dəhliz vasitəsilə daşınmış yüklərin 23,8%-i və ya 2 585,3 min tonunu tranzit yüklər təşkil edib.



    XƏBƏR LENTİ

    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024
    05 Aprel 2024