Tokio-2020: Azərbaycan sərbəst güləşçisinin ilk rəqibi müəyyənləşib

    İDMAN

    04 Avqust 2021 | 10:38

    Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycanın sərbəst güləşçisi Turan Bayramovun ilk rəqibi müəyyənləşib.

    Pressa-nın məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Ukrayna təmsilçisi Vasil Mixaylovla qarşılaşacaq.

    Qeyd edək ki, bu çəki dərəcəsində görüşlər avqustun 5-də Bakı vaxtı ilə saat 06:30-da start götürəcək. Daha əvvəl yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıb, İslam Abbasov (87 kq) və qadın güləşçi Elis Manolova (68 kq) olimpiadanı medalsız bitirib.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024