Tokio-2020: ABŞ üzgüçüsü 7-ci dəfə Olimpiadada qızıl medala sahib olub

    ÖLKƏ

    31 Iyul 2021 | 10:55

    ABŞ üzgüçüsü Keti Ledeki nadir təsadüf olunan nailiyyətə imza atıb.

    Apasport.az saytının məlumatına görə, 24 yaşlı idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarında 800 m məsafəyə sərbəst üsulla üzməkdə çempionluq yaşayıb.O, 7-ci dəfə Olimpiada qızılına sahib çıxıb. Bunların altısı fərdi, biri estafetdə əldə olunub.

    Ledeki yarışın tarixində 7 və daha çox qızıl medal qazanan ikinci qadın üzgüçü olub. Rekord isə Cenni Tompsona məxsusdur. ABŞ üzgüçüsü 8 dəfə çempionluğa sevinib. Amma onun bütün uğurları estafetdə qeydə alınıb.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024