Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması qaydası müəyyənləşir

    ÖLKƏ

    02 Dekabr 2022 | 14:30

    Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına qoşulma xidməti üçün ödəniş edəcəklər.

    Pressa-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

    Layihəyə əsasən, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına qoşulma xidmətinə görə ödəniş etməlidirlər.

    Ödənişin məbləği müvafiq metodologiya əsasında müəyyən ediləcək.

    Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024