Teymur Musayev Fahrettin Koca ilə görüşəcək

    SON XƏBƏRLƏR

    17 May 2022 | 10:56

    Səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə iki günlük işgüzar səfəri başlayıb.

    Nazirlikdən  verilən xəbərə görə, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib. Ulu Öndərin Ankaradakı Heydər Əliyev Parkında ucalan abidəsi önünə əklil qoyulub.Azərbaycan nümayəndə heyəti həmçinin Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbri ziyarət ediblər.

    Səhiyyə naziri Teymur Musayevin qardaş ölkəyə səfəri çərçivəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilə görüş, “Türkiyə Respublikası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında Əməkdaşlığa dair 2022-2023-cü illər üçün Yol Xəritəsi”nin imzalanması, Ankara və Hacettepe Universitetlərin rektorları ilə görüş, tibb ocaqlarının fəaliyyəti ilə tanışlıq və digər tədbirlər nəzərdə tutulur.



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024