• Bakı 29° C

    1.86 m/s

  • USD - -

    RUB - -

    EUR - -

Tərxun və limon. Damarlar üçün ən faydalı qarışıq

ÖLKƏ

19 Iyul 2021 | 12:04

İnsanın bütün orqan və sistemlərində damar və kapilyarlar var. Onların möhkəm və sağlam olmasından bizim ümumi sağlamlığımız asılıdır.
Qan damar və kapilyarlar vasitəsilə bütün orqanizm boyu oksigen və qidalı maddələri daşıyır. Bu maddələr isə orqanizmin normal fəaliyyətini təmin edir.

İnsan yaşa dolduqca onun damarları zəifləməyə başlayır, damarların divarları nazilir, elastikliyini itirir, kövrək olur, onların keçiriciliyi artır. Nəticədə bir tərəfdən damar xəstəlikləri inkişaf etməyə başlayır, digər tərəfdən isə orqan və sistemlərin qidalanması pozulur.
Bəzi maddələr var ki, onlar damarların sağlamlığını qoruyur, damarların divarlarını möhkəmləndirir, damar xəstəliklərinin inkişafını əngəlləyir. Bu maddələr C və P vitaminləridir.
Pressa.az bildirir ki, Saglamolun.az sizə tanınmış rus həkim-fitoterapevt Pyotr Kuxarskinin sağlam damarlar üçün olan reseptini təqdim edir. Damarları sağlam və möhkəm edən bu qarışıq yalnız 2 inqrediyentdən ibarətdir - limon və tərxun. Lakin bu təsadüfi deyil. Limon C vitamini, tərxun isə P vitamini ilə zəngin olduğundan bu qarışıq onu istifadə edənlərə böyük fayda verə bilər.
Qarışığın hazırlanması:
2 iri dəstə tərxun və 3 limon götürün. Tərxunu təmizləyin və yuyun, limonu yaxşı yuyun, 4 hissəyə bölün, çəyirdəklərini çıxardın. Limon və tərxunu blenderdə əzin. Qarışığı soyuducuda saxlayın və gündə 2 dəfə 1 x.q. olmaqla yeməklər arası qəbul edin.
Müalicə kursu - 14 gün. sonra 10 gün fasilə verin və yenə təkrarlayın. Belə müalicə kursları ildə 2 dəfə (yaz və payızda) edə bilərsiniz.



SON XƏBƏRLƏR

05 Avqust 2021
04 Avqust 2021
03 Avqust 2021
02 Avqust 2021
31 Iyul 2021
30 Iyul 2021
29 Iyul 2021
28 Iyul 2021
27 Iyul 2021
26 Iyul 2021