Təhsillə bağlı bir sıra vasitələr gömrük rüsumundan azad ediləcək

    TƏHSİL

    26 Yanvar 2023 | 14:53

    Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri təsdiq edib.

    Pressa xəbər verir ki, qanuna əsasən, təhsil fəaliyyəti ilə bağlı idxal edilən bir sıra avadanlıqlar, cihazlar, qurğular və digər vasitələr gömrük rüsumundan azad ediləcək.

    Gömrük rüsumlarından azad edilən avadanlığın, cihazların, qurğuların və təhsil fəaliyyəti ilə bağlı olan digər vasitələrin siyahısı müvafiq dövlət orqanı tərəfindən təsdiq ediləcək.

    Qanuna təklif olunan dəyişikliklər 2023-cü il yanvarın 1-dən 2 il ərzində qüvvədə olacaq.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024