Təhsil Nazirliyi: "Dərsliklərlə bağlı problem yoxdur"

    TƏHSİL

    14 Oktyabr 2021 | 17:02

    "Mən deməzdim ki, məktəblərdə dərsliklər çatışmır. Təhsil Nazirliyinin dərsliklərlə bağlı hər zaman xüsusi planları var. Hansı dərsliklər ki, yenidən çap olunmalıdır, onlar çap olunur".

    Pressa xəbər verir ki, bu fikirləri təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, yararsız vəziyyətə düşən dərsliklər qanunvericiliyə əsasən dörd ildən bir yenilənir: "Bu istiqamətdə işlər daim davam edir. Çap olunan dərsliklər şagird sayı nəzərə alınaraq tirajlanır".

    "Dərsliklərin hazırlanması ciddi prosesdir. Çünki vəsaitlərin hazırlanması üçün mütəxəssislərin rəyi nəzərə alınmalıdır. Prosesdə həm müvafiq ali təhsil müəssisələri, həm Dövlət İmtahan Mərkəzi, həm də Azərbaycan Milli Elmlər Akademiyası iştirak edir. Hər bir fənnə aid dərsliklərin hazırlanmasında həmin sahənin mütəxəssisləri mütləq iştirak edir və nəticədə dərslik ciddi ekspertizadan keçirilir", - nazir müavini qeyd edib.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024