Tehranda toz fırtınası tətilə səbəb olub

    DÜNYA

    17 May 2022 | 14:20

    İranın paytaxtı Tehranda güclü toz fırtınası tətilə səbəb olub.

    Pressa-nın məlumatına görə, İranın paytaxtında Havanın Çirklənməsi üzrə Fövqəladə Hallar Komitəsinin qərarına əsasən, may ayının 17-də Tehranda bütün məktəblər, universitetlər və dövlət müəssisələrində tətil elan olunub. Parlament də tozlu hava şəraitinə görə iclasları təxirə salıb.Qeyd edək ki, güclü toz-torpaq İraq tərəfdən ötən gün İranın qərb bölgəsinə doğru hərəkət edib. Bu həmin bölgələrdə də məktəb və idarələrin tətil olmasına səbəb olub. Hazırda toz fırtınası İranın şərq bölgəsinə tərəf hərəkət edir. İranın paytaxtı Tehranda bundan öncə də bir neçə dəfə güclü toz qasırğası olub.

    Xatırladaq ki, hazırda İranın 13 əyalətində güclü toz müşahidə olunur. Belə ki, toz və artan çirklənmə indeksi İranın Həmədan, Mərkəzi, Qum, Loristan, Əlborz, Tehran, İsfahan, Şimali Xorasan, Gülistan, Fars, Boyer-Əhməd, Çaharmahal, Bəxtiyari və Yəzd əyalətlərində müşahidə olunacaq.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024