TƏBİB-in şöbə müdiri: "Tövsiyə olunduğu kimi buster doza vaksini vurdurmalıyıq"

    ÖLKƏ

    20 Noyabr 2021 | 11:02

    "Pandemiya başlayanda vaksinasiya olmayanda epidemiyanın idarə edilməsi üçün bağlanmalara gedirdik, bundan başqa yol yox idi".

    Pressa-nın məlumatına görə, bunu TƏBİB-in xəstəliklərin profilaktikası kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva "COVID-19: Erkən və gecikmiş fəsadlar" beynəlxalq elmi konfransda deyib.

    Onun sözlərinə görə, otən ilin iyun ayından yoluxma daha da artdı, avqustun sonuna qədər belə davam etdi:

    "Müharibədən sonra yoluxma sayları artanda biz yenidən qapanmalara getdik. Vaksinasiya başlayandan bir neçə dəfə yoluxma halları ciddi şəkildə artıb. Amma karantin sərtləşdirilməsinə getməmişik. Bu da vaksinasiyanın təsiridir. Bundan gözəl vaksinasiyanın effektivliyini göstərən nəsə ola bilməz. Mütləq peyvənd vurdurmaq lazımdır. Bu gün tövsiyə olunduğu kimi buster doza vaksini vurdurmalıyıq".



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024