TƏBİB: Erkən nikahın tibbi fəsadları çox ciddidir

    ÖLKƏ

    24 Iyun 2022 | 15:14

    “Azərbaycanda yetkinlik yaşına çatmayanların hamiləlik statistikasını apara bilmirik“.

    Pressa xəbər verir ki, bunu TƏBİB-in Tibbi Fəaliyyətin təşkili departamentinin koordinatoru Hicran Kazımova deyib.O bildirib ki, yeniyetmələrin 15%-də çanağın darlığı müşahidə edilir:

    "Erkən nikahın tibbi fəsadları çox ciddidir. Yeniyetmələrdə hamiləliyin sonunda uşağın itirilməsi normal yaşda hamiləlik keçirən qadınlardan iki dəfə çoxdur. Bundan başqa, bətndaxili inkişaf geriliyi, qüsurları müşahidə edilir. Tibb müəssisələrinə əgər 18 yaşına çatmamış hamiləliklə bağlı müraciət olunursa, bu zaman müəssisə tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunur. Bu da təbii ki, hüquqi prosedurların başlamasıdır. Buna görə də biz Azərbaycanda yetkinlik yaşına çatmayanların hamiləlik statistikasını apara bilmirik".



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024